Üç ölkənin dünyası - "Newsweek"dən qəribə iddia

14-04-2025, 12:17           
Üç ölkənin dünyası - "Newsweek"dən qəribə iddia
ABŞ-nin "Newsweek" jurnalı öz saytında Rusiya, ABŞ və Çin arasında dünyanın bölüşdürülməsini əyani şəkildə göstərən xəritə dərc edib. Xəritə Ukraynada münaqişənin bitməsi nəticəsində yarana biləcək vəziyyəti əks etdirir.

"Newsweek" Rusiya və ABŞ arasında davam edən danışıqları qlobal şahmat oyununun bir hissəsi adlandırır.

Gələcək nüfuz dairələri rənglərlə göstərilib:

- Qırmızı: Rusiya - bütün Avropa (Böyük Britaniya daxil), Türkiyə və Cənubi Qafqaz;

- Göy: ABŞ - bütün Şimali Amerika və Qrenlandiya;

- Sarı: Çin - Cənub-Şərqi Asiya, Yaponiya, Hindistan və Pakistan.

Xəritədə həmçinin heç bir bloka aid edilməyən boz rənglərlə göstərilən ölkələr və regionlar da var: Cənubi Amerika, Afrika, Avstraliya və Yaxın Şərq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru