Zelenski: Ukrayna və ABŞ aprelin 17-də yeraltı sərvətlərlə bağlı memorandum imzalaya bilər

18-04-2025, 12:14           
Zelenski: Ukrayna və ABŞ aprelin 17-də yeraltı sərvətlərlə bağlı memorandum imzalaya bilər
Ukrayna və ABŞ arasında faydalı qazıntılar sahəsində əməkdaşlığa dair memorandumun 17 aprel tarixində onlayn görüş çərçivəsində imzalanması mümkündür.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Ukrayna komandası artıq amerikalı tərəfdaşlarla birlikdə memorandum üzərində işləyir.

“Məqsəd sazişi deyil, memorandum imzalamaqdır — yəni bu sadəcə niyyətlərə dair sənəddir və bu gün onlayn qaydada imzalanması mümkündür”, - Zelenski qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru