Ukrayna Amerika kanalının üzr istəməsini tələb edir

21-04-2025, 10:44           
Ukrayna Amerika kanalının üzr istəməsini tələb edir
Fox News" Kiyevi Rusiyanın bir hissəsi kimi göstərdiyinə görə üzr istəməlidir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Əgər bu, düşünülmüş siyasi bəyanat deyilsə, səhv idisə, üzr istəməli və bu səhvi kimin etdiyi araşdırılmalıdır”, - deyə diplomat vurğulayıb.

Bundan əvvəl "Fox News" Pasxa yayımı zamanı Kiyevi Rusiyanın bir hissəsi kimi etiketləmişdi. Xəbər lentində xətaya yol verildiyi deyilmiş, bir müddət sonra səhv düzəldilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru