Keçmiş "KQB" agentindən Avropaya çağırış: “Biz Putini böcək kimi əzməliyik”

Bu gün, 16:24           
Keçmiş "KQB" agentindən Avropaya çağırış: “Biz Putini böcək kimi əzməliyik”
Vladimir Putinlə eyni vaxtda DTK-nin elit kəşfiyyat məktəbində təhsil almış keçmiş rus agenti Sergey Jirnov Avropanı Rusiya liderinə qarşı passiv qalmaqda tənqid edib.
Bizimyol.info "ntv"yə istinadənxəbər verir ki, Fransada qaçqın həyatı yaşayan Jirnov “Biz Putini böcək kimi əzməliyik” deyərək, Avropanı daha sərt və birbaşa müdaxiləyə çağırıb.

Moskvada anadan olan və 1984-cü ildə DTK-ya qoşulan Jirnov 7 il Rusiya xüsusi xidmətində çalışıb. Putinlə 1980-ci il Moskva Olimpiadası zamanı tanış olduğunu bildirən Jirnov, o zaman Fransa vətəndaşı ilə telefon danışığı apardığı üçün Rusiya lideri tərəfindən sorğulandığını bildirib.

"O, məni sorğu-sual edərkən sadist həzzi alırdı", - deyən Jirnov Putinin qısqanc və gücə aclıq xasiyyətinə malik olduğunu iddia etdi. Onun sözlərinə görə, Putin özünü tanrı kimi görür və “əbədi olmaq” istəyir. Keçmiş agent iddia edib ki, bu vəziyyət Putinin empatiyası olmayan bir sosiopata çevrilməsinə səbəb olub.

Jirnov Qərbin Rusiyaya reaksiyasının qeyri-adekvat olduğunu bildirib. “Heç bir Qərb ölkəsi onun hücumlarına hücumla cavab vermədi. Avropa yalnız diplomatik cavab verir, lakin bu, Putini dayandırmaq üçün kifayət deyil”, - deyə o qeyd edib. Keçmiş casus Avropanın müdafiə mövqeyindən əl çəkməli olduğunu vurğulayaraq: “Avropa passiv qalmamalıdır”, - deyib.

Putinin sonunun 1989-cu ildə edam edilən Rumıniya diktatoru Nikolae Çauşesku kimi ola biləcəyini bildirən Jirnov: “Putinin devrilməsi qeyri-mümkün görünür, lakin eyni şey Çauşesku haqqında da deyilib. Əgər Rusiya müharibəni uduzsa, o da Sovet İttifaqı kimi parçalana bilər”, - deyə bildirib.

Jirnovun hesabları Putinin şəxsiyyəti və hakimiyyət ehtirası haqqında təəccüblü ipuçları verir. Avropanın keçəcəyi yol bu xəbərdarlıqlara nə dərəcədə əməl olunmasından asılı olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.