"Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik" - Aİ

24-04-2025, 09:08           
"Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik" - Aİ
Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Guillaume Mercier Londonda keçirilən Ukrayna sülh danışıqlarını dəstəklədiklərini və mümkün razılaşma halında Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünə hörmət edilməli olduğunu bildirib.

Bakupost xəbər verir ki, jurnalistin sualını cavablandıra Guillaume Mercier bildirib ki, Londonda keçirilən sülh danışıqları ilə bağlı deyə bilərəm ki, Fransa və Böyük Britaniya bu danışıqları və görüşləri başa çatdırmaq üçün səylərini davam etdirirlər.

"Ona görə də biz onlarla sıx təmasdayıq. Biz Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə hörmət edən Ukraynaya sülh gətirmək üçün göstərilən bütün səyləri alqışlayırıq. Diplomatik səylərimiz bütün səviyyələrdə davam edir. Sülh danışıqlarına gəlincə, bizim mövqeyimiz həqiqətən aydındır", - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru