Aİ-nin Ermənistandakı missiyası paylaşımında “soyqırımı” sözünü çıxardı – FOTO

25-04-2025, 00:06           
Aİ-nin Ermənistandakı missiyası paylaşımında “soyqırımı” sözünü çıxardı – FOTO
Avropa İttifaqının Ermənistandakı mülki missiyasının “X” hesabında 24 aprel – qondarma “erməni soyqırımı” ilə bağlı paylaşımı müəmmalı şəkildə silinib və əvəzində yeni bir yazı yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

İlk paylaşımda bildirilirdi: “Bu gün, 24 aprel tarixində biz erməni soyqırımı qurbanlarının xatirəsini yad edirik. Bu gün bizə bənzər vəhşiliklərin bir daha təkrarlanmaması üçün əlimizdən gələni etməli olduğumuzu xatırladır”.

Lakin sonradan bu paylaşım silinib və onun yerinə daha ehtiyatlı ifadələrlə yazılmış yeni bir mətn yerləşdirilib. Yeni yazıda “soyqırımı” termini xüsusilə qeyd olunmayıb.

“Bu gün, 24 aprel tarixində biz 1915–1923-cü illərdə həyatını itirən erməni qurbanların xatirəsinə ehtiramımızı bildiririk. Bu gün bizə belə vəhşiliklərin təkrarının qarşısını almaq üçün əlimizdən gələni etməli olduğumuzu xatırladır”, – deyə yeni paylaşımda qeyd olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru