Rusiyanın bu şəhəri parad keçirməkdən imtina etdi

25-04-2025, 08:44           
Rusiyanın bu şəhəri parad keçirməkdən imtina etdi
Mayın 9-na planlaşdırılan Qələbə Paradı təhlükəsizlik səbəbindən Krasnodarda keçirilməyəcək.
Tribunainfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.
“Çünki bu, böyük riskdir – demək olar ki, hər gecə hava hücumu xəbərdarlığı var. Təbii ki, biz Krasnodar sakinlərini, parada gələcək iştirakçıların həyattını riskə ata bilmərik”, – region rəhbəri bildirib.
Kondratyev həmçinin bildirib ki, “Ölümsüz alay” aksiyası bu il onlayn rejimdə keçiriləcək. Onlar veteranları konsert proqramı ilə təbrik etməyi planlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru