Tramp: "ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə edəcək"

6-06-2025, 12:24           
Tramp: "ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə edəcək"
ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə etmək üçün görüş keçirəcəklər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə telefon danışığından sonra “Truth” sosial şəbəkəsində bildirib.

“Qarşıdan gələn görüşün qrafiki və yeri barədə mətbuata məlumat verəcəyik”, - o vurğulayıb.

Amerika lideri bildirib ki, onun Si Cinpinlə söhbəti demək olar yalnız ticarətlə bağlı olub, Ukrayna və İran məsələləri müzakirə olunmayıb.

O, söhbətin təxminən bir saat yarım davam etdiyini qeyd edib və bunu çox müsbət adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru