Mask siyasətə girir? – Yeni siyasi partiya ideyası gündəmi qarışdırdı

6-06-2025, 12:28           
Mask siyasətə girir? –
“ABŞ-da yeni siyasi partiyanın yaradılmasının zamanı çatıbmı?”

Globalinfo.az xəbər verir ki, belə bir sualla milyarder və “Tesla” şirkətinin rəhbəri İlon Mask “X” hesabında izləyicilərə müraciət edib.

“ABŞ-da əhalinin 80 faizini həqiqətən təmsil edəcək yeni bir siyasi partiya yaratmağın vaxtı çatmayıb?” – deyə Mask yazıb.
Paylaşım qısa zamanda böyük rezonans doğurub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi onun təklifini dəstəkləyib, bəziləri isə bu fikrin real olmadığını qeyd edib.

Qeyd edək ki, bu paylaşım İlon Maskla ABŞ Prezidenti Donald Trampla baş verən gərginlik fonunda edilib. Daha əvvəl Tramp İlon Maskın onu məyus etdiyini demişdi, İlon Mask isə “mən olmasam, Tramp prezident seçilə bilməzdi” deyə sərt açıqlama vermişdi.
https://x.com/elonmusk/status/1930685402631053403?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1930685402631053403%7Ctwgr%5E869ed555faf5dcb492f8e8191f979c310e0d0f65%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fglobalinfo.az%2Fmask-siyasete-girir-yeni-siyasi-partiya-ideyasi-gundemi-qarisdirdi%2F












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru