"ABŞ-nin İrana qarşı hərəkətləri güc balansını İsrailin xeyrinə dəyişdirə bilmədi" - "Sepah"

27-06-2025, 16:44           
"ABŞ-nin İrana qarşı hərəkətləri güc balansını İsrailin xeyrinə dəyişdirə bilmədi" - "Sepah"
ABŞ İsrailin İrana qarşı hərəkətlərinə qoşulmaqla münaqişədə qüvvələr balansını İsrail tərəfinin xeyrinə dəyişə bilməyib.

"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") bəyanatında deyilir.

Bildirilib ki, ABŞ ordusunun İsrail Silahlı Qüvvələrinin hərbçilərini xilas etmək məqsədilə münaqişəyə girməsi İranın güc balansını dəyişdirə bilməyib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş rəsmi Tehran cavab hücumu həyata keçirib. ABŞ doqquz gün sonra prosesə daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru