İranın gizlətdiyi uranın yerini bilirik - Netanyahu
Bu gün, 16:08
İsrail İranın basdırılmış uran ehtiyatlarının təxmini yerini bilir. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. “İsrail və ABŞ-ın İslam Respublikasının nüvə obyektlərinə hücumları təkrarlana bilər”, - o xəbərdarlıq edib. Baş nazir bildirib ki, İran İsrailin hücumları qorxusundan nüvə proqramını hələlik dayandırıb.