Ermənistandan Zəngəzur dəhlizi açıqlaması: “Prinsiplər qorunsa...”

Bu gün, 16:51           
Ermənistandan Zəngəzur dəhlizi açıqlaması: “Prinsiplər qorunsa...”
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan “Azadlıq” radisouna verdiyi müsahibədə kommunikasiyaların blokdan açılması – Zəngəzur dəhlizi məsələsinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, M.Səfəryan Ermənistan tərəfinin Zəngəzur dəhlizinə beynəlxalq şirkət tərəfindən nəzarət olunmasına dair təkliflər aldığını etiraf edib.

“Müxtəlif təkliflər verilib, onların gerçəkləşməsi Ermənistanın maraqlarına nə dərəcədə uyğun gəldiyindən, nə dərəcədə məqsədəuyğun olduğundan asılıdır”.

Nazir müavininin sözlərinə görə, bu təkliflərlə bağlı tərəflər nə dərəcədə razılığa gələcəklər ki, onun müddəaları hər iki tərəfi qane etsin, indi bunu demək çətindir.

Səfəryan bildirib ki, blokadanın aradan qaldırılması məsələsində funksiyaların beynəlxalq təşkilata həvalə edilməsi Ermənistan üçün məqbuldur.

“Yəni hər hansı üçüncü şirkət, əgər tərəflər razılaşsalar, həmin yola nəzarət edə bilərmi” sialına nazir müavini “yenə də deyirəm, bizim bəyan etdiyimiz prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər” cavabını verib.

“Bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası, ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Təkliflər bu prinsiplərə uyğundursa, bəli, təkliflər həyata keçirilə bilər”, – Səfəryan əlavə edib.

“Azadlıq” radiosu: – İrəvan blokadanın aradan qaldırılması ilə bağlı Amerikanın təkliflərini nə vaxt alıb?

Səfəryan: – Konkret tarixi dəqiqləşdirməkdə çətinlik çəkirəm, bir müddət əvvəl, amma təkliflər olub.

“Azadlıq” radiosu: – Hansı şirkətlərdən?

Səfəryan: – İndi deyə bilmərəm, amma bir neçə belə təklif müzakirə olunur, bir daha qeyd edim ki, blokadanın aradan qaldırılması çərçivəsində Ermənistanın maraqlarına cavab verirsə, onlara baxıla bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.