Avropa Trampın Ukraynaya verdiyi vədlərə inanmır –

Bu gün, 10:14           
Avropa Trampın Ukraynaya verdiyi vədlərə inanmır –
Ukraynanın Avropadakı müttəfiqləri nəhayət ki, Prezident Donald Trampdan çoxdan gözlədikləri Rusiyaya qarşı sərt ritorikanı eşitdi.

“Politico”-nun bununla bağlı dərc etdiyi məqalədə deyildiyinə görə, ABŞ-nin dəstək bəyanatlarına baxmayaraq, Avropa paytaxtlarında Tramp administrasiyasına qarşı inamsızlıq hökm sürür.

Avropa ölkələri Amerika administrasiyasının öz təhlükəsizliyi və Ukraynaya dəstək planları ilə bağlı qeyr-müəyyənliyini görürlər. Trampın siyasəti gözlənilməz olaraq qalır, lakin onun Pentaqonla münasibətləri bundan da pisdir.

Keçən həftə Pentaqon Kiyevə hava hücumundan müdafiə və digər silahların tədarükünü dayandırdı. Bu həftə isə Tramp qəfil kursunu dəyişdi və “Putinin cəfəngiyyatından” bezdiyini deyərək daha çox hava hücumundan müdafiə sistemi vəd etdi. Lakin müttəfiqlər bu sözlərin ardınca real hərəkətlərin olacağına əmin deyillər.

“Artıq bizi heç nə təəccübləndirmir, biz hər şeyə hazır olmalıyıq”, – NATO ölkələrindən birinin diplomatı qeyd edib.

Mənbələrin bildirdiyinə görə, Ukrayna tərəfi iyulun 1-dən müdafiə naziri Rustem Umerov və onun amerikalı həmkarı Pit Heqset arasında danışıq təşkil etməyə çalışsa da, sonuncunun komandası hələ də bu çağırışla razılaşmayıb.

“Administrasiyanın daxilində nə baş verdiyini anlamaq çətindir. Tramp Ukraynanı dəstəkləməkdə daha inamlı görünməyə başlayıb, lakin Pentaqonun fərqli yanaşması var”, – deyə Avropa rəsmisi nəşrə bildirib.

Üstəlik, CNN bu yaxınlarda Heqsetin Ukraynaya silah satışını dayandırmaq qərarı barədə Ağ Evə xəbər vermədiyini bildirdi.

Müttəfiqlər həmçinin ABŞ-nin Avropadakı hərbi mövcudluğunun mümkün azaldılmasından narahatdırlar: “Amerika qüvvələrinin yerləşdiyi Almaniya, Polşa, İtaliya və Böyük Britaniyadakı hökumət rəsmiləri ABŞ-nin gələcək planlarının nə olduğunu bilmirlər”. /azpolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.