Rusiyanın Baş naziri Mixail Mişustin Almaniya hökuməti ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişə xitam verib. Ajans.az xəbər verir ki, müvafiq sərəncam hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.
Sənədə əsasən, Rusiya Xarici İşlər Nazirliyi qəbul edilən qərar barədə Almaniya tərəfini xəbərdar etməlidir.
İyunun 19-da Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva Almaniya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxmaq niyyətindədir, çünki indiki şəraitdə bu, mənasını itirib və Rusiya ilə Almaniya arasında Almaniya hakimiyyətinin düşmənçilik siyasəti və militarist istəkləri nəticəsində yaranmış münasibətlərin vəziyyətinə uyğun gəlmir.