Dünya mediasından Tramp qələbəsinə reaksiyalar

9-11-2016, 22:05           

Dünya mediası , bəzi ölkələrdə şokla, digərlərində isə nəticəni sadəcə qəbul edərək Donald Trump-ın ABŞ prezident seçkilərində qazandığı qələbəyə reaksiya verməyə başlayıb.

Seçki bülletenlərinin sayı getdikcə onun xeyrinə elan edildikcə, orta şərqdəki media orqanları onun artıq seçkini qazandığını elan etməyə başlamışdı.


Trump seçki qərargahından qələbəsini elan edərkən, Avropa mətbuatı nəticəyə şok və həyəcanla reaksiya verib.

Almaniyanın gündəlik Die Welt qazetinin internet saytındaki məqalə başlığı soruşur: “Bu necə oldu axı?”. Ölkənin Die Tageszeitung’s qəzetinin saytı isə ilk məqalə başlığını – “Brexit 2.0”-ni sonradan “Dəhşətli klounun qələbəsinə yeniləyib.

Frankfurter Allgemeine qəzetinin onlayn şərhi isə “Ağ Evdə intiqamçı” başlığı ilə yazılmış məqalədə Amerikanın müttəfiqlərinin “möhkəm olmaları” lazım olduğunu deyir.

Qəzet yazır ki, “Brexit-dən sonra Qərb idarəçiliyinin köhnə strukturuna yenidən möhkəm zərbə vurulub”. “Aydındır ki, çox sayda Amerikalının qəzəbi, təhlükəli eksperimentin qorxusundan üstündür”, qəzet əlavə edib.

Fransanın mühafizəkar Le Figaro qəzeti baş yazısında Amerikanın “yenidən birliyə nail olması lazım olan bir ölkə” olduğunu yazıb. Qəzet yazir ki, kim olur olsun, yeni prezident üçün “Amerikanın parçalanmasının qabağını almaq çətin bir tapşırıq olacaq”. Daha sonra qəzet “kloundan prezidentə” adlı məqalə dərc edib.

Fransızca Les Echos gündəlik biznes qəzeti “Amerikanın yeni üzü” adlı məqaləsində Trump-ı tənqid etməkdən çəkinməyib. “İrqçi, populist, erkək şovinist, təkəbbürlü və hərəkətləri əvvəlcədən bilinməyən insan. Donald Trump-ın şəxsiyyətinin ən qorxulu keyfiyyətinin nə olduğunu biz bilmirik”, qəzet yazır.

İspaniyanın La Razon qazeti “Populizm Birləşmiş Ştatları” başlığını seçib, ABC isə yazır ki, “yeni prezidentə, həvəsdən daha çox gərginlik yaratmağa qabil olan iki namizədin böldüyü ölkənin qürurunu təmir etməsi lazımdır”.

Polşanın Rzeczpospolita mühafizəkar qəzeti nəticəni Taxtların Oyunu ilə müqayisə edib: “Qış qəlir və heç bir xeyri yoxdur. Biz tamamilə gözlənilməz bir dünyaya oyanmışıq və bizness qeyri-müəyyənliyi bəyənmir.”

Ukraynanın, Inter TV-i izləyicilərinə deyib ki, “Ölkə psixoloji olaraq Clinton-un prezident olmasına hazır idi. Bu səbəbdən də gördüyümüz rəqəmlər və Trump-ın gözlənilən qələbəsi çox sayda insanı şoka salıb”.

Başqa Ukrayna kanalı – One Plus One TV – deyib ki, “Bu barədə danışmaq bir az narahatedicidir və qeyri-adi hisslər yaradır”.

Rusiyanın Rossiya 1 TV kanalı Donald Trump-ın qələbəsini “gerçək sensasiya” adlandırıb. Kanalın Washington müxbiri deyib ki, “bu, Amerika və dünya üçün siyasi zəlzələ və tarixi bir hadisədir”.

Başqa bir rəsmi kanal, Rossiya 24 TV deyib ki, rubl və neft qiymətləri Trump-ın qələbə xəbərilə “kəskin düşüb”.

Meksikada qəzetlərin çoxu seçkinin yerli valyutanın dəyərinə etdiyi təsir barədə yazıb. El Universal yazıb ki, peso artıq “tamamilə düşür”. Qəzet əlavə edib ki, ölkə “artıq mümkün olduğu ən pis ssenari ilə üz-üzədir”, çünki Trump Meksika ilə divar tikmək, Şimali Amerika Azad Ticarət Müqaviləsini yenidən müzakirəyə çıxarmaq və milyonlarla sənədsiz miqrantı ölkədən deportasiya etmək istəyir.

Argentinanın Clarin qəzetinin bir başlığında deyilir: “Ortaya çıxan neo-faşist Donald Trump seçkilərdən daha da irəliyə gedəcək” .

Çinin People’s Daily qəzeti yazıb ki, “Trump növbəti prezident olarsa, iqtisadiyyat və siyasətlə bağlı qeyri-müəyyənliyik nəhəng olacaq”.

Amma qəzet əlavə edib ki, Trump-ın qalibiyyəti Çin üçün müsbət hadisə ola bilər, çünki o “həmişə deyib ki, ABŞ-nın başqa ölkələrlə münaqişə riskini azaltmaq üçün ideoloji fikir ayrılığını tərk etməyə hazırdır.”

Hindistana fərqli reaksiyalar müşahidə olunub. Time of India tweet-ində “Təbrik edirik cənab Prezident!” yazıb, amma Daily News and Analysis qəzeti isə “Bu ən pis başlıqdır: Donald Trump Amerika Birləşmiş Ştatlarının yeni prezidentidir” yazıb.

Gecə səsvermə hələ də qeyri-müəyyən olduğu üçün, bir qəzetin səhv nəticəni elan etməsi çox da böyük sürpriz olmayıb. Türkiyənin Posta qazeti deyib ki, “sorğular bu dəfə yalan demədi və Hillary Clinton artıq Amerika Birləşmiş Ştatlarının ilk qadın prezidenti seçilib.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.