İlham Əliyevin köməkçisi Trampın qələbəsi haqda

10-11-2016, 15:15           
İlham Əliyevin köməkçisi Trampın qələbəsi haqda
“Donald Trampın Amerikanın prezidenti seçilməsi xalqının seçimidir. Dünya birliyi kimi Azərbaycan da bu seçimə hörmətlə yanaşır. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq bundan sonra da davam edəcək”.

“Report”un xəbərinə görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın ABŞ-dan gözləntisi Dağlıq Qarabağla bağlıdır: “Düşünürük ki, ABŞ ATƏT-in Minsk Qrupundakı fəaliyyətini aktivləşdirəcək. İnanırıq ki, Amerika bu istiqamətdə fəaliyyətini dinamikləşdirəcək. Donald Trampın rəhbərliyi ilə bir qədər də fəallaşacaqlar. Neçə illərdir həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapacaq, mövcud status-kvo aradan qalxacaq. Biz bunu gözləyirik və ümid edirik, gözləntimiz doğrulacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru