Avtomobillərdə alkoqol kilidi və qara qutu məcburi ola bilər

Dünən, 17:14           
Avtomobillərdə alkoqol kilidi və qara qutu məcburi ola bilər
Avtomobillərdə alkoqol kilidi və qara qutu məcburi ola bilər
Böyük Britaniyada Leyboristlər hökuməti Avropa Birliyinin Ümumi Təhlükəsizlik Qaydası 2 (GSR2) çərçivəsində yeni tənzimləmə üzərində işləyir.
TEREF yerli mətbuata istinadən xəbər verir ki, plana əsasən, ölkədə satılacaq avtomobillərdə alkoqol kilidi və qara qutu sistemləri quraşdırılması məcburi ola bilər.
Məlumata görə, alkoqol kilidi sürücünün qanındakı alkoqol miqdarını ölçür. Əgər qanuni limit aşılarsa, avtomobil işə düşmür. Qara qutular isə qəza öncəsi avtomobilin sürəti və digər vacib məlumatları qeyd edir.
Bu qərar İngiltərənin Avropa qaydalarından uzaqlaşma prosesini geriyə döndərdiyi səbəbilə müxalifət və bəzi media qurumları tərəfindən kəskin tənqid olunur. Müxalifətin fikrincə, hökumət təhlükəsizlik problemlərini əsas gətirərək ictimaiyyətin xəbəri olmadan yenidən Aİ qaydalarına tabe olur. \\Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru