Klintondan Bakıya zərbə: qrant yeyənlərimiz matəmdə - Şok səbəblər
12-11-2016, 00:43
Azərbaycanda Qərbpərəst və donorlar hesabına maliyyələşən ictimai fəallar matəm içindədir Politika.Az-ın xəbərinə görə, Hillari Klintonun ABŞ prezidenti seçilməməsi onların ümidlərini dəfn edib. Bəzi siyasi təşkilatların və QHT üzvlərinin yasa batmasının səbəbi yeni prezident Donald Trampın onlara dəstək verməməsi olacaq. Həmin aktivistlər Klintonun qələbəsinə arxayın idilər. Onlar Klintonun ölkəmizdəki bəzi QHT-lərə qrant dəstəyi verəcəyinə bel bağlamışdı. Çünki xanım namizədin özü də SOROS kimi nəhəng donor təşkilatının maliyyəsi hesabına təbliğat kampaniyasını qurmuşdu. Nəticələr açıqlanandan sonra həmin qrant yeyən tanınmışlar sükuta qərq olub. Sanki qurbağa gölünə daş atıblar. Onlar nə bu barədə yazır, nə fəallıq edirlər. Bu susqunluq və məyusluq da qrantın ağzının kəsilməsidir. Trampın xarici siyasətində başqa dövlətlərin daxili işinə müdaxilə konsepsiyası nəzərdə tutulmayıb. ABŞ prezidenti ayrı-ayrı ölkələrinə siyasətinə qarışmayacağını platformasında açıqlayıb. Eyni zamanda onun biznesmen olması və əsas fəaliyyətinin də biznes maraqları üzərində qurulması insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərin qrantsız qalacağı deməkdir. Çünki illərlə aşkar və gizli şəkildə donorlar həmin təşkilatları yemləyib. Onlar isə bu pulların çoxunu mənimsəyib və kosmetik işlər həyata keçirib. Hesabat xətrinə bir-iki tədbir keçirməklə ayrılan vəsaitləri xımır-xımır mənimsəyiblər. Seçkilərin nəticələri açıqlanandan sonra həmin şəxslərin səsi çıxmır. Onlar dərin məyusluq içindədirlər. Soros Fondunun isə dünyada, xüsusilə post-sovet məkanında “rəngli inqilablar” ssenarilərini təşkil etdiyi və maliyyələşdirdiyi artıq heç kimə sirr deyil. Soros Fondu da təbii ki, bu məsələdə tək deyil. Bu fond əslində Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqədar olan bir fasaddır. Cənab Sorosun həzm edə bilmədiyi ən əsas məsələ Azərbaycanın qətiyyətli və müstəqil siyasətidir. Azərbaycanın milli maraqlarının prinsipial şəkildə qorunması fəlsəfəsindən çıxış edən Prezident İlham Əliyevin şəxsiyyəti və idarəçiliyi bu dairələri Azərbaycana qarşı soyuq müharibə dövrünü xatırladan psixoloji müharibə əməllərindən çəkindirmir.