“Ramiz Mehdiyevin rəhbərliyi ilə bu problemi həll etmək olar”

12-11-2016, 13:01           
“Ramiz Mehdiyevin rəhbərliyi ilə bu problemi həll etmək olar”
“Ölkə başçısının Ramiz Mehdiyevin sədrliyi ilə Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaratması çox təqdirəlayiqdir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Kanalizasiya probleminin həll olunması üçün işlərin həddindən çox olduğunu bildirən millət vəkili işçi qrupda baş nazirin müavini, digər qurumların rəhbərləri də təmsil olunduğunu vurğulayıb: “Mən inanıram ki, Ramiz Mehdiyevin rəhbərliyi ilə bu problemi həll etmək olar. Ölkədə iqtisadi vəziyyətin hansı səviyyədə olmasından asılı olmayaraq, paytaxtın bu problemi həll olunmalı idi. Yağış yağanda şəhərin hansı vəziyyətə düşdüyünü görürsünüz. Ona görə də məsələ gec-tez həll olunmalı idi. Problemin kredit yaxud büdcə vəsaiti hesabına həll olmasından asılı olmayaraq, ölkə başçısı düzgün qərar qəbul etdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru