Serbiya prezidenti Mehriban Əliyevanı təltif etdi - FOTOLAR

12-06-2015, 10:07           

İyunun 11-də Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Serbiya prezidenti Tomislav Nikoliçlə görüşüb.

Görüşdən əvvəl prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, Serbiya prezidenti Tomislav Nikoliçin, xanımı Draqiça Nikoliçin iştirakı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten” ordeni təqdim olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Sreten” ordeni ilə təltif edilməsi haqqında Serbiya Respublikası prezidentinin fərmanı oxunub.
Serbiya prezidenti Tomislav Nikoliç “Sreten” ordenini Mehriban Əliyevaya təqdim etdi.
Birinci xanım Mehriban Əliyeva deyib: "Çox sağ olun, cənab prezident. Bu, mənim üçün böyük şərəfdir. Bu mükafata görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm".
Prezident Tomislav Nikoliç deyib: "Bilirsiniz, Serbiyada belə bir deyim var: siz öz ailənizi seçə bilməzsiniz, lakin dostlarınızı seçə bilərsiniz. Bizi seçdiyinizə görə çox sağ olun".
Mehriban Əliyeva: "Təşəkkür edirəm, mən bu mükafatı təkcə səylərimizin qiymətləndirilməsi kimi yox, həmçinin Serbiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq və hörmət rəmzi kimi dəyərləndirirəm. Çox sağ olun, Fond Sizin gözəl ölkənizdə öz fəaliyyətini davam etdirəcək".
Tomislav Nikoliç: "Təşəkkür edirəm".
Mehriban Əliyeva: "Mən sizin komandanıza Avropa Oyunlarında uğurlar arzu edirəm".
Prezident İlham Əliyev: "Mən də sizi dost ölkənin ən yüksək mükafatına layiq görülməyiniz münasibətilə təbrik edirəm".
Mehriban Əliyeva: "Təşəkkür edirəm, bu, mənim üçün böyük şərəfdir".















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.