Almaniyada əcnəbilər ölkə vətəndaşlarından daha yüksək kirayə ödəyirlər

22-05-2025, 16:08           
Almaniyada əcnəbilər ölkə vətəndaşlarından daha yüksək kirayə ödəyirlər
Almaniyada xaricilərin mənzil bazarında alman pasportu olanlara nisbətən orta hesabla 9,5 faiz daha çox kirayə haqqı ödədiyi bildirilib.
Bizimyol.info xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkədə 2022-ci il siyahıyaalınmasının nəticələrinə əsasən icarə ödənişləri ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Müvafiq olaraq, alman pasportu olmayanlar üçün orta xalis kirayə haqqı kvadratmetri üçün 7,75 avro, ölkə vətəndaşları üçün isə bu rəqəm kvadratmetr üçün 7,08 avro olub.

Beləliklə, qeyri-vətəndaşlar almanlara nisbətən 9,5 faiz çox kirayə ödəməli oldular.

Tədqiqat həmçinin kirayə fərqi ilə yaşayış yerinin ölçüsü arasında korrelyasiya tapıb. Əhalisi 50-100 min arasında olan orta şəhərlərdə bu fərq ən aşağı səviyyədə 6,6 faiz olduğu halda, əhalisi 10 mindən az olan kiçik şəhərlərdə yaşayan əcnəbilər 10,6 faiz yüksək kirayə haqqı ödəməli olublar.

Destatis bildirib ki, kirayə fərqinin səbəblərindən biri alman kirayəçilərin orta hesabla daha böyük mənzillərdə yaşaması və bu mənzillərin kvadrat metrə görə daha ucuz icarəyə götürülməsidir.

Orta hesabla əcnəbilər 85,7 kvadratmetr yaşayış sahəsi olan mənzillərdə, Almaniya vətəndaşları isə 109,6 kvadratmetr yaşayış sahəsi olan mənzillərdə yaşayırlar.

Bundan əlavə, Almaniya vətəndaşlarının 54 faizi sahib olduqları evlərdə, əcnəbilərin isə 22 faizi öz evlərində yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru