Planetin "ağciyərləri" yoxa çıxır: 2024-cü ildə dünyada rekord sayda meşə sahəsi məhv olub

Bu gün, 17:34           
Planetin "ağciyərləri" yoxa çıxır: 2024-cü ildə dünyada rekord sayda meşə sahəsi məhv olub
Keçən il dünyada tropik qurşaqlarda meşə örtüyü 6.7 milyon hektar azalıb ki, bu da son 20 illik monitorinqə əsasən ən böyük itki hesab olunur.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dünya Resursları İnstitutu (WRI) və Merilend Universitetinin dərc etdiyi "Global Forest Watch" illik birgə tədqiqatında təqdim olunub.

Qeyd olunur ki, tropik meşələrin məhv olması əlavə olaraq 3.1 milyard ton karbon qazı emissiyası ilə nəticələnib.

Tədqiqatçıların fikrincə, həm tropik meşələrin, həm də ümumilikdə meşələrin məhv olması əsasən yanğınlarla bağlıdır. Hesabat müəllifləri bildiriblər ki, bu vəziyyətin əsas səbəbi iqlim dəyişikliyidir: 2024-cü il müşahidələr tarixində ən isti il olub.

Braziliya il ərzində məhv olan tropik meşə sahəsinə görə (6.7 milyon hektar) birinci yerdə qərarlaşıb.

Hesabatda əsas diqqət tropik meşələrə yönəlsə də, Sibir və Kanadada tayqa meşələrinin də yanğınlar səbəbindən ciddi şəkildə məhv olduğu vurğulanır. Müəlliflərin məlumatına görə, 2024-cü ildə Rusiyada meşə sahəsi 5.6 milyon hektar, Kanadada isə təxminən 4 milyon hektar azalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.