“Şərurlu İsfəndiyar” məhkəmədə: “Sualları cavablamaq üçün savadım yoxdur”

22-05-2025, 17:49           
“Şərurlu İsfəndiyar” məhkəmədə: “Sualları cavablamaq üçün savadım yoxdur”
Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı (“Şərurlu İsfəndiyar”) növbəti məhkəmə prosesi keçirilib.
TEREF APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Asim Abbasov məhkəməyə vəsatət verib.

Vəkil son zamanlar onlarla vətəndaşın şikayətini özündə əks etdirən informasiyaları İsfəndiyar Axundovu xarakterizə edən hallar kimi məhkəmədə iş materialına əlavə etmək üçün məhkəməyə təqdim edib.

Qarşı tərəf vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edib.

İsfəndiyar Axundovun vəkili bildirib ki, mətbuatda İsfəndiyar Axundovla bağlı yayılan məlumatlar qarayaxmadır.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra təqsirləndirilən İsfəndiyar Axundov ifadə verib.

O, iş üzrə özünü təqsirli bilmədiyini, məqsədinin kömək etmək istəməsi olduğunu qeyd edib: “Məqsədim zərərçəkmişlərin şikayətlərinin həll edilməsi olub. Həll edilsin ki, bununla Emili buraxsınlar. Mənim heç bir günahım yoxdur. Şəhid ailələrinə yardım edirəm, onlara ev verirəm. Qarşı tərəfin vəkilinin suallarını cavablaya bilmirəm. Çünki cavablamaq üçün savadım yoxdur”.

Məhkəmənin növbəti prosesi 5 iyunda keçiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru