"Azərbaycanın dövlətçilik tarixində ən mühüm günlərdən biridir. Təməl prinsiplərini Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan etibarli əllərdədir".
Tia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Milli Qurtuluş Günü ilə bağlı Twitter səhifəsində yazıb. N.Məmmədov qeyd edib ki, vətənini sevən hər bir azərbaycanlı tarixi nailiyyətlərimiz ilə fəxr edir: "Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir". Xatırladaq ki, Azərbaycanda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd edilir.