Azərbaycanlı milyarderlər Avropanın ən iri okeanariumunu satdıqlarını təkzib ediblər

17-01-2017, 20:53           
Azərbaycanlı milyarderlər Avropanın ən iri okeanariumunu satdıqlarını təkzib ediblər
Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarax İliyev Avropanın ən nəhəng okeanariumu olan "Moskvarium"un oliqarx Arkadi Rotenberqə satılmasını təkzib ediblər. "APA-Economics" xəbər verir ki, bu barədə "Forbes" jurnalı öz mənbələrinə istinadən yazır.

Q. Nisanov və Z. İliyevə məxsus "Kiyev meydanı" QSC-nin adının çəkilməsini istəməyən rəsmisi bildirib ki, "Moskvarium"da aparılan struktur dəyişiklikləri mülkiyyətçinin dəyişdirilməsi anlamına gəlmir.

Xatırladaq ki, bu gün RBK agentliyi öz mənbələrinə istinadən yazıb ki, A. Rotenberqə məxsus şirkətlər "Moskvarium"un sahibinə çevriliblər: "Hazırda okeanariumun tam sahibi Rotenberqin strukturlarıdır".

Q. Nisanov və Z. İliyev okeanariumun tikintisinə 1,5 mlrd. dollar yatırıblar. Rusiyanın "daşınmaz əmlak kralları" layihədən mənfəət əldə edə bilməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru