Ermənistanı qorxuya salan Azərbaycanın zenit-raket kompleksi

18-01-2017, 12:42           
Ermənistanı qorxuya salan Azərbaycanın zenit-raket kompleksi
FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan ordusunun "Tor" zenit-raket kompleksinə yiyələnməsi Ermənistan ictimaiyyətində böyük ajiotaj yaradıb. Belə ki, erməni mediası və ictimaiyyəti hər vəclə Azərbaycanı ehtiyyatlı olmağa və bu silahdan istifadə etməməyə çağırıb.

Erməni mediasına müsahibə verən hərbi ekspert Arkadi Qriqoryan da qeyd edib ki, Azərbaycan ordusunun əldə etdiyi zenit raket kompleksi Ermənistanın "OSA" kompleksina cavab xarakteri daşıyır: "Bu, kifayət qədər müasir raket kompleksidir və 12-16 km məsafədə istənilən hədəfi yox etmək gücünə malikdir. Sistem həm operatorun iştirakı ilə, həm də avtomatik rejimdə istifadə oluna bilir".

Nəzərinizə çatdıraq ki, "Tor" zenit-raket kompleksi 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Azərbaycanın bu kompleksi Ukraynadan aldığı bildirilir. Kompleks hava hücumuna və raketlərə qarşı mübarizə üçün nəzərdə tutulur. Hər cür hava şəraitində tapşırıqları icra etməyə qadir olan bu kompleks əhəmiyyətli inzibati, iqtisadi və hərbi obyektlərin antiradar, qanadlı raketlərdən, stels texnologiyalara əsaslanan təyyarələrin və helikopterlərin hücumlarından qorunması üçün nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.