“Demək ki, 50 faiz müəllim də getdi işinin dalınca”

18-01-2017, 17:12           
“Demək ki, 50 faiz müəllim də getdi işinin dalınca”
Millət vəkili Aqil Abbas musiqi məktəblərinə şagird qəbulunun azaldılması ilə bağlı verilən tapşırığa sərt reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, A. Abbas Mədəniyyət komitəsinin iclasında xatırladıb ki, mədəniyyət sahəsinə ayrılan vəsait 3 milyon artırılıb: “ Amma biz bunun nəticəsini görmürük. Bu il musiqi məktəblərinə 50 faiz şagird qəbulunun azaldılması məsələsini irəli sürüblər. Biz onda bu pulu necə artırmışıq? Əgər 50 faiz şagird azaldılırsa demək ki, 50 faiz müəllim də getdi işinin dalınca. Bizim musiqiyə bu qədər diqqət yetirilir, dünyada təbliğ edilir. Dünyanın ən möhtəşəm salonlarında çıxış edirik. Bəs azaldılırsa sabah o musiqini kim çalacaq? Axı oxuyanların da hamısı Alim Qasımov olmur ki? Bunun içindən də istedadlar seçilir. Əksinə, musiqi məktəblərində tələbənin sayını artırmaq lazımdır. Çünki rayonlarda musiqi məktəbinə düşmək üçün qırğın gedir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru