Azərbaycan Rusiyadan yeni silahlar alacaq - Prezident

19-01-2017, 16:17           
Azərbaycan Rusiyadan yeni silahlar alacaq - Prezident
Rəsmi Bakı Rusiyadan yeni silah tədarükü üzrə danışıqlar aparır.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Bəli, biz yeni silahların alınması ilə bağlı danışıqlar aparırıq. Rusiyanın hərbi sənayesinin necə inkişaf etdiyini siz yaxşı bilirsiniz. Biz ilk növbədə ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bu da ilk növbədə vertolyotlar və müdafiə sistemlərinə aiddir. Bu daimi prosesdir”,-deyə prezident qeyd edib.

Onun sözlərinə görə, müdafiə sahəsində Azərbaycanla Rusiya arasındakı yeni müqavilələrin imzalanması üçün perspektivlər yaxşıdır:

“Siz tarixi bilrisiniz. Rəqəmlər açıqlanıb. 5 milyard dollar həcmində müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq həyata keçirilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru