Sergey Culakyan: “Qarabağı bu alçaqlardan azad etmək lazımdır!”
23-01-2017, 00:24
Erməni vətəndaş fəalı Sergey Culakyanın bir gün əvvəl haqqin.az və virtualaz.org saytlarında dərc edilmiş müsahibəsi sosial şəbəkələrin erməni seqmentində, bütovlükdə ictimai rəydə böyük rezonans doğurub. S.Culakyana və ailəsinə hücumlar başlayıb. Onlardan Sergeyin çıxışını təkzib etmələri tələb olunur, onlar isə əksinə, onun mövqeyini dəstəklədiklərini bildirirlər.
Bir az əvvəl S.Culakyanın ölkəni maneəsiz tərk etməyi bacardığı haqda da məlumat vermişdik. Və budur, o artıq Ermənistandakı vəziyyət haqda yeni video-müraciətlə çıxış edib və onu redaksiyamıza göndərib.
Ermənistanda və Qarabağdakı vəziyyət haqda danışan S.Culakyan bildirir ki, bu gün oralardakı ictimai-iqtisadi durum belədir: xalq, praktik olaraq bütün əhali dilənçilik edir. İnsanların nə pulu var, nə də işi – heç nələri yoxdur.
Ermənistanda qış soyuq olur, amma bütün respublika üzrə evlərin əksəriyyətində istilik sistemi kəsilib. İnsanlar ona görə soyuqdan əzab çəkirlər ki, kommunal xidmətlərin haqqını ödəmək iqtidarında deyillər. Adi erməninin qidalanma rasionu bu gün yalnız çörəkdən ibarətdir ki, o da, necə deyərlər, doyunca deyil...
Dövlətdən kömək istəmək nəinki faydasız, həm də təhlükəlidir. Xahişlər rejimdən narazılıq, hakimiyyətə böhtan kimi qəbul edilir və fiziki məhv etməyə qədər amansızcasına cəzalandırılır. Ermənilər özləri deyirlər ki, istəsələr öldürəcəklər və heç gözlərini də qırpmayacaqlar. Ona görə də buna-etiraz səsini ucaltmağa yalnız bəzi vətəndaşlar ürək edirlər.
Bununla birlikdə, Sarkisyan klanı anlayır ki, qarşıdakı parlament seçkiləri onun xeyrinə olmaya bilər. Təbii, saxtalaşdırmalar və şantaj yolu ilə hər şeyi öz itədikləri kimi sənədləşdirə bilərlər. Amma beynəlxalq müşahidəçilərin nəzarəti və rəyi, heş şübhəsiz, Milli Məclisdə siyasi güclərin bölgüsünə təsir edəcək. Buna görə də qabaqcadan xalqı qorxutmağa başlayıblar. Bu işə Serjikin sevimli kontingenti - özlərini nüfuz sahibi zənn edən məhəllə dələduzları və cinayətkarlar cəlb olunublar. Bu cəmiyyət tullantıları insanları hakimiyyət üçün səs verməyə məcbur etmək üçün artıq şantaja, təhdidlərə və başqa kriminal metodlara başlayıblar. Onlar çox həvəslə hərəkət edirlər, axı "əməklərinin" haqqı artıqlaması ilə ödənir.
Adi vətəndaşlar, hansılar ki, çox cüzi maaşa da olsa iş tapmağa müvəffəq olublar, Sarkisyanın qoçuları tərəfindən işdən qovulacaqları ilə hədələnirlər: razı deyilsən, onda rədd ol və get ailənlə birlikdə acından gəbər!
Hətta Qarabağ müharibəsinin veteranlarına da güzəştlər yoxdur. Aprel döyüşləri zamanı yaralananlar da heç bir tibbi və maddi yardım almırlar. Müdafiə Nazirliyi onları öz hesabına müalicə etməyə və saxlamağa hazırlaşmır. Bu və ya digər müharibə veteranının guya müalicəyə göndərilməsi barədə teleefirdə nümayiş etdirilən və rəsmi mətbuatda dərc edilən xəbərlər isə yalnız bir məqsədə - beynəlxalq fondlardan və xeyriyyə təşkilatlarından daha çox pul qoparmağa xidmət edir.
Ancaq bu pullar da müharibədə zərər çəkmişlərə çatmır və yüksək rütbəli hərbçilərin və digər sahələrdəki vəzifəlilərin ciblərinə gedir...
Onlar üçün əsgərin həyatı heç bir quruş qəpik qədər də əhəmiyyət kəsb etmir...
S.Culakyan daha sonra Qarabağa və Şuşaya səfərindən, oralarda gördüyü və onda acı təəssürat yaradan hadisələrdən, hökm sürən özbaşınalıqdan, sadə Qarabağ ermənilərinin alçaldıldığından, onların hüquqlarının istər yerli, istərsə də Ermənistandakı siyasi və hərbi məmurlar tərəfindən taplalandığndan, ümumiyyətlə adam yerinə qoyulmadıqlarından danışır və haray çəkir: Onları və bütövlükdə Qarabağı bu alçaqların hakimiyyətindən azad etmək lazımdır!
[media=https://www.youtube.com/watch?v=pcakPI-OZRM]
Virtualaz.org