AŞPA sədrindən Qarabağ açıqlaması:"Vəziyyət hələ də təhlükəli olaraq qalır”

24-01-2017, 08:02           
AŞPA sədrindən Qarabağ açıqlaması:"Vəziyyət hələ də təhlükəli olaraq qalır”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt regiondakı, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı uğur əldə olunmamasına təəssüf edir.

AŞPA-nın qış sessiyasının açılışında çıxış edən Aqramunt Avropa Şurası üzvləri olan ölkələr arasındakı münaqişələrin həllində razılığa gəlinməməsindən danışıb.

O, bu kontekstdə Qarabağ münaqişəsini və Ukraynadakı situasiyanı yada salıb.

“2016-cı ilin aprelində Qarabağ münaqişəsi zonasındakı təmas xəttində təhlükənin artması qeydə alınıb. Vəziyyət hələ də təhlükəli olaraq qalır”, – o, vurğulayıb.

Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru