Rauf Arifoğlu Milli Şura qalmaqalı səngimir

19-06-2015, 13:01           
Rauf Arifoğlu Milli Şura qalmaqalı səngimir
“Milli Şura” və “Yeni Müsavat” qəzeti arasında başlanan qalmaqal səngimək bilmir. Qəzet iddia edir ki, qurum rəhbərliyi onlara qarşı şər-böhtan kampaniyası aparır. Əks tərəf isə qəzeti daha sərt təşkildə tənqid və təhqir etməklə Cəmil Həsənlinin müdafiəsinə qalxıb. Belə getsə “Milli Şura” Cəmil Həsənlini müdafiə komitəsi yaradacaq. Tərəflər arasında başlanan qarşı durmanın nə vaxta kimi davam edəcəyini demək isə xeyli çətindir.

Sözü gedən məsələyə Müsavat Partiyasının münasibətinin maraqlı olduğunu nəzərə alaraq partiya başqanını müavini Elman Fəttahla əlaqə saxladıq.

E. Fəttah AzVison.az-a açıqlamasında hər iki tərəfi qarşılıqlı ittihamlardan əl çəkməyə çağırsa, da məsələdən xəbərsiz olduğunu vurğulayıb.

Bununla belə başqan müavini bildirib ki, bu qarşıdurmanın Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur: “Bu məsələnin Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur. Qarşıdurma “Milli Şura” ilə “Yeni Müsavat” qəzeti arasında baş verir. Ümumən bu məsələdən məlumatsızıq və səbəbin də bilmirik.
“Ümumiyyətlə bu məsələ xoşagələn hal deyil. Bu cür ittihamları yaxşı hal saymırıq. Bununla belə heç kimin də işinə müdaxilə etmək fikrində deyilik”. – E. Fəttah vurğulayıb.

Qeyd edək ki, haqqında təhqirlər səslənən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasının fəal üzvüdür. Göründüyü kimi, Əli Kərimi tərəfdarları ilə mübarizədə Müsavat Partiyası öz üzvünü müdafiə etmək əvəzinə, günlərdir siyasi gündəmdən düşməyən qalmaqaldan xəbərsiz olduğunu iddia edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.