Nəhəng heykəlin içərisində məşhur akademikin cansız cəsədi tapılıb

24-05-2025, 09:08           
Nəhəng heykəlin içərisində məşhur akademikin cansız cəsədi tapılıb
Rusiyanın Volqoqrad şəhərində İkinci Dünya Müharibəsini xatırladan nəhəng “Vətən çağırır” heykəlinin içindən yaşlı kişinin cansız bədəni çıxarılıb.

Hündürlüyü 85 metr olan bu abidə sovet dövrünün ən möhtəşəm abidələrindən biri kimi tanınır. Rusiya İstintaq Komitəsindən verilən açıqlamada heykəlin başının içindən bir nəfərin cansız bədəninin çıxarıldığı bildirilib.

1967-ci ildə məşhur memar Yevgeni Vuçetiç tərəfindən ucaldılan heykəl Stalinqrad döyüşündə həyatını itirənlərin xatirəsinə ucaldılıb və indi də dünyanın ən hündür qadın heykəli olaraq qalır.
Əvvəlcə turist olduğu deyilən şəxsin sonradan Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasının direktoru Nikolay Çesnokov olduğu məlum olub.

Hadisədən sonra Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasının rəsmi saytında verilən açıqlamada 68 yaşlı Nikolay Çesnokovun ölüm xəbəri yayılıb. Ölümün səbəbinin infarkt ola biləcəyi düşünülsə də, İstintaq Komitəsi hadisə ilə bağlı geniş araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru