REAL hərəkatından "iran xəfiyyəsindən pul alıblar" iddiasına cavab: "İran səfirinin nümayəndəsi özü görüş istəmişdi..."

28-01-2017, 12:05           
REAL hərəkatından "iran xəfiyyəsindən pul alıblar" iddiasına cavab: "İran səfirinin nümayəndəsi özü görüş istəmişdi..."
ReAl hərəkatının rəhbərlərindən biri, tanınmış iqtisadçı Natiq Cəfərli təmsil olunduğu qurumla bağlı səsləndirilən ittihamlar və prokurorluğun ReAL hərəkatının İran xəfiyyəsindən pul alması haqda iddialarla bağlı araşdırmaya başlamasına münasibət bildirib.

Savash.org xəbər verir ki, Natiq Cəfərli baş verənləri sərsəmləmə adlandıraraq, bunu təmsil olunduğu təşkilata növbəti təzyiq kimi dəyərləndirib:

"Cəfəng və absurd "iddiaları" gündəmə gətirmək, sadəcə, REAL-a qarşı növbəti təzyiqdir. Hər hansı bir özünü jurnalist adlandıran kəsin sərsəmləmələrinə görə araşdırma aparmaq, ancaq təşkilatımıza qarşı təzyiqin artması deməkdir. REAL tam şəffaf fəaliyyət göstərən təşkilatdır, heç bir araşdırmadan da çəkinmirik, sadəcə, 8 gün bundan öncə, ilk olaraq özümüz tərəfindən, öz rəsmi saytımızda yaydığımız xəbərə don geyindirib sensasiya kimi qələmə vermək günülcdür.

Bu günə qədər son 5 ildə REAL-ın ofisində 20-ə yaxın ölkənin səfiri, və ya səfirlik nümayəndələri görüşlərdə olub, siyasi təşkilatın işlərindən biri də görüşlər keçirməkdir, hətta sabah Azərbaycan hökumətinin nümayəndələri də ofisimizə gəlib müzakirələr aparmaq istəsələr, buna razılıq verərik. İran səfirliyinin nümayəndəsi özü görüş istəmişdi, ofisdə 8 gün qabaq görüş oldu, görüşdə ölkələrimz arasında münasibətlər, iqtisadi, mədəni münasibətlərin perspektivləri müzakirə olundu. Səfirlik nümayəndəsinə həm Cənubi Azərbaycanda soydaşlarımızın durumu ilə bağlı, həm də İranın işğalçı Ermənistanla isti münasibətlərlə bağlı iradlarımızı da bildirmişik, Azərbaycanın dünyəvi dövlətçiliyinin bizin üçün qırmızı cizgi olduğunu da demişik.

Bir daha, bu qondarma məqalələr REAL-ın artan nüfuzuna görə növbəti təzyiq dalğasıdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.