İran ABŞ-a nota verib

30-01-2017, 09:33           

ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrə səfiri Culio Haas İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Bəhram Qasimi məlumat verib.

Diplomatın sözlərinə görə, Culio Haasa ABŞ prezidenti Donald Trampın bu yaxınlarda iranlıların Birləşmiş Ştatlara girişinə müvəqqəti qadağanın qoyulmasını nəzərdə tutan fərmanı ilə əlaqədar etiraz məktubu təqdim olunub.

İranlı diplomat İsveçrə səfirinə bu fərmanın əsassız və yolverilməz olduğunu, eyni zamanda ayrı-seçkilik xarakteri daşıdığını bildirib.

Səfir etiraz məktubunu tezliklə ABŞ Dövlət Departamentinə çatdıracağını deyib.

ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.