Prezidenti Administrasiyasından qəbulla bağlı bu nazirlərə və icra başçılarına müdhiş dərs - Siyahı

30-01-2017, 10:24           
Prezidenti Administrasiyasından qəbulla bağlı bu nazirlərə və icra başçılarına müdhiş dərs - Siyahı
Prezidenti Administrasiyasında fevral ayı üçün vətəndaşların qəbul günləri açıqlanıb

Vətəndaşlar Azərbaycan Prezidenti Administrasiyasının qəbul otağında qəbul olunacaqlar.

Qəbula yazılma saat 9:00-da başlayır və 13:00-da başa çatır. Qəbul saat 14:00-dan başlayır. Artıq vətəndaşları qəbul edəcək PA vəzifəlilərinin siyahısı da mediada yayılıb. Administrasiyasının demək olar ki, bütün səlahiyyətli şəxsləri vətəndaşları qəbul edəcək.

Bu siyahının mətbuatda tirajlanması cəmiyyətə və məmurlara bir mesajdır. Ölkə rəhbərliyi yerlərdəki məmurlara ismarıc göndərir ki, əhalinin problem və şikayətlərini diqqətdə saxlamaq lazımdır.

PA rəsmilərinin qəbul edəcəyi vətəndaşların müxtəlif üzləşdiyi haqsızlıqlar, məmur özbaşınalığı, süründürməçiliyi var. Onlar dövlət aparatından yardım gözləyir.

PA rəhbərliyinin qapıları da hər zaman onların üzünə açıqdır. Bu nümunə yerlərdəki məmurlara, nazirliklərə, komitə və icra hakimiyyətlərinə bir nümunədir.

Bununla hakimiyyət yeni daxili siyasət strategiyasını açıqlamış olub. Əldə etdiyimiz xəbərə görə, mətbuata siyahının çıxarılması da məhz islahatların davamıdır.

Digər tərəfdən nazirlərə və icra başçılarına göstərilir ki, eyni fəaliyyəti onlar da göstərsinlər. Regionlarda icra başçıları və nazirliklərdə vəzifəli şəxslər vətəndaşların problemlərinə biganə yanaşır, onların şikayətlərini dinləmir, qapıdan qovur. Bu kimi hallar dəfələrlə rastımıza çıxıb, mətbuatda ictimailəşib.

Əsasən də rayonlardakı icra başçılarından və bəzi nazirlərdən şikayətlər üstünlük təşkil edir. İddialara görə, Lənkəran, Lerik, Sabirabad və Göyçay, Zərdab-Ucar, eləcə də Nəsimi, Binəqədi, Xətai rayonlarının icra başçıları əhalini boğaza yığıb.

Narazı vətəndaşlar süründürülür, qəbul edilmir, şikayətinə baxılmır. Eyni zamanda Gəncə, Laçın, Şamaxı, habelə Hacıqabul, Saatlı rayonlarının başçılarından PA-ya şikayətlər gönədrilir.

Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Vergilər Nazirliyi ən çox şikayətlərin olduğu beşlikdir.

Bəzi nazir və komitə sədrləri rayonlara üz tutmur, insanlarla açıq görüşlər keçirmir. İstisna tədbirlər təşkil olunur ki, əksəriyyətində öyrədilmiş adamlar iştirak edir, yenə də vətəndaşın dərdini eşidən olmur.

2016-cı ildə özünü yaxşı və pis tərəfdən göstərən nazirlər olub. Onların fəaliyyəti, qərarları, müxtəlif hadisələrdə adlarının hallanması büövlükdə bir monitorinq aparılmasına zərurət yaradıb. Əslində, nazirlərin fəaliyyətinin təftişi və qiymətləndirilməsi hər zaman aparılıb.

Ölkə rəhbərliyi xalqla işləyən, vətəndaşların qayğısına qalıb-qalmayan, adı neqativ və pozitiv hadisələrdə çəkilən, o cümlədən daha operativ nazirlərin siyahısını həmişə hazırlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.