Şəhid nəşlərini götürməyə niyə imkan verilmirdi? – Erməni hiyləsi

28-02-2017, 09:56           

Cəbhə xəttində qalmış 5 əsgərin nəşi ilə bağlı Ermənistanın irəli sürdüyü şərt - "Dağlıq Qarabağ"la razılaşma - hiyləli bir şərt idi. Güddükləri məqsəd başqadır.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, məqsəd “de-fakto” Qarabağ separatçıları ilə Azərbaycanın danışıqlar aparmasına nail olmaq idi:

“Əslində 1949-cu il tarixli 1-ci Cenevrə Konvensiyasının 15-ci maddəsinə görə, Ermənistan əsgər meyitlərini götürməyə imkan verməyə məcburdur. Bu Konvensiya beynəlxalq münqaişələrdə dövlətlərin üzərinə öhdəlik qoyur.

Azərbaycan ilə qondarma rejim arasında 1949-cu il Konvensiyası deyil, 1977-ci il Konvensiyanın 2-ci protokolunun tətbiqinə cəhd edildi. Lakin bu protokolda ölən əsgərlərin axtarışı və götürülməsi ilə bağlı müddəa yoxdur.

Başqa sözlə, meyitlərin götürülməsinin beynəlxalq hüquqa görə əsaslandıraraq, qondarma DQ ilə danışıqlarının aparması Azərbaycan tərəfindən de-fakto DQ-ı dövlət kimi tanıma mənasına yozmaq istədilər.

Meyitlərin götürülməsinə icazə verilməsi ancaq və ancaq Ermənistandan tələb edilə bilərdi və burada 1949-cu il Konvensyasının 15-ci maddəsinə istinad edilir”.

Qeyd edək ki, Müdafiə Nazirliyi şəhidlərimizin neytral ərazidə qalan nəşlərinin artıq götürüldüyü barədə ötən gün rəsmi açıqlama yaydı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.