Tofiq Zülfüqarovdan maraqlı fikir:"Mən başa düşmürəm ki, Azərbaycan tərəfindən Qarabağ problemi üzrə danışıqlar niyə Azərbaycanın Xarici İşlər Nazirliyində cəmləşib. "

28-02-2017, 11:39           
Tofiq Zülfüqarovdan maraqlı fikir:"Mən başa düşmürəm ki, Azərbaycan tərəfindən Qarabağ problemi üzrə danışıqlar niyə Azərbaycanın Xarici İşlər Nazirliyində cəmləşib. "
“Mən başa düşmürəm ki, Azərbaycan tərəfindən Qarabağ problemi üzrə danışıqlar niyə Azərbaycanın Xarici İşlər Nazirliyində cəmləşib. Axı, “Dağlıq Qarabağ” dövlət deyil?! Nə müstəqil dövlətdir, nə də xarici dövlətdir! Belə olan halda Azərbayanın Xarici İşlər Nazirliyi – Konstitusiyaya əsasən ölkənin xarici siyasətini həyata keçirməli olan bir qurum niyə təkbaşına bu münaqişənin nizama salınması ilə məşgul olur?”
Gununsesi.info xəbər verir ki, bunu tanınmış diplomat, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz “Facebook” statusunda yazıb.
” Necə düşünürsünüz, Azərbaycanda vitse-prezident institutunun təsis edilməsi ilə bu, zənnimcə, səhv hesab edilməli olan təcrübə dəyişdiriləcəkmi? Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionunun Azərbaycana qaytarılması məsələsində hərbi, xarici və iqtisadi siyasəti əlaqələndirə biləcək qurum, sicə, necə olmalıdır?
Sizcə, necə bir qurum (hansı bir qurum) Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionunun Azərbaycana qaytarılması məsələsində hərbi, xarici və iqtisadi siyasəti əlaqələndirə bilər?”- deyən sabiq nazir eyni zamanda, martın 24-də Minsk Konfransı Mandatının (nəticələrin rezümesinin) qəbul edilməsinin 25 ilinin tamam olduğunu xatırladıb:
“Bir sözlə, yubileydir…”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.