“ABŞ-ın raket zərbələrindən Rusiyanın xəbəri olub” - Peskov

7-04-2017, 15:58           
“ABŞ-ın raket zərbələrindən Rusiyanın xəbəri olub” - Peskov
“Mövcud əlaqə kanalları vasitəsilə ABŞ-ın Suriyaya zərbə endirəcəyi barədə Rusiyaya məlumat verilib”.

AzVision.az “TASS” istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

“Bəli, bu məlumatlar (red-zərbələri haqqında) bizə verildi. Amma (red-Rusiya prezidenti Vladimir Putin) Putinə zəng vuran olmayıb”.

“Rusiya ABŞ raketlərinin qarşısını ala bilərdimi” sualını isə Peskov cavabsız qoyub.

Qeyd edək ki, Qeyd edək ki, ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən Suriyanın “Şayrat” hərbi bazasına endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib. Bundan əlavə, aerodromdakı yanacaq sisternləri də yanıb. Zərbə nəticəsində 6 nəfər, o cümlədən bir pilot həlak olub. Həmçinin bir neçə təyyarəçinin yaralandığı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.