Bərzani ilə görüş: İraqın xəritəsi yenidən çəkilir – Şok foto

15-04-2017, 20:03           
Bərzani ilə görüş: İraqın xəritəsi yenidən çəkilir – Şok foto
Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmiləri İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani ilə görüşüblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin “Milli Qəzeti” yayıb. Ərbildə baş tutan toplantıda Britaniyanı Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Tobias Martin Elvud, səfir Frank Bakeri və digər diplomatlar iştirak edib.

Görüşlə bağlı ən maraqlı məqam isə tərəflərin İraq xəritəsi üzərində danışıqlar aparması olub. Britaniya Xarici İşlər Nazirliyi görüşdə İŞİD-lə mübarizədə peşmərgənin dəstəklənməsi və İŞİD-dən sonrakı dönəmdə hər iki tərəfin Mosulla bağlı istəklərinin müzakirə edildiyini bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru