Prezidentdən FHN-nin tabeliyində olan xidmətlə bağlı fərman –Dəyişiklik

20-04-2017, 09:41           

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin "Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında" Əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; kiçikhəcmli gəmilərin dayanacaq bazalarının (qurğularının), çimərliklərin, yanalma körpülərinin, su keçidlərinin texniki baxışdan keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli; kiçikhəcmli gəmilərin, yanalma körpülərinin və dənizkənarı kütləvi istirahət yerlərinin, o cümlədən çimərliklərin təsnifatı, qeydiyyatı və uçotu qaydalarını təsdiq edib Azərbaycan Respublikasının prezidentinə məlumat verməlidir.

Nazirlər Kabinetinə həmçinin kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılmasını təmin etmək tapşırığı verilib.

Fərmana görə, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.