Emin Ağalarov: “Tramp haqqında sual verməyin”

24-07-2017, 14:04           

Kiçik Donald Trampla rusiyalı vəkil Natalya Veselnitskayanın görüşü ilə bağlı əhvalatda adı hallanan müğənni Emin Ağalarov bu mövzuda danışmaqdan imtina edib. Xatırladaq ki, iddialara görə, vəkil xanım ABŞ prezidentinin oğluna prezidentliyə namizəd Hillari Klinton barədə ifşaedici materiallar ötürübmüş.


BBC-nin müxbirinin baş verənlərlə bağlı sualına Rusiyanın “Crocus Group” şirkətinin qurucusunun oğlu və pop müğənnisi Emin Ağalarov belə cavab verib: “Tramp haqqında sual verməyin. Mən burada artist kimi iştirak edirəm. Axşam şouma gəlin”.

Emin Ağalarov həmçinin öz hüquqşünasının kiçik Tramp tərəfindən dərc etdirilmiş elektron məktubların saxta olması ilə bağlı sözlərini şərh etməyib.

Bununla bağlı o, öz hüquqşünasına müraciət etməyi məsləhət görüb. Emin Ağalarov Rusiyanın Amerikadakı seçkilərə mümkün müdaxiləsi barədə sualı da cavabsız qoyub. (virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru