Səfirliyin avtomobilinə terror hücumu barədə xəbər yalandır — Ukraynadakı səfirliyimizdən açıqlama

24-08-2017, 18:55           
Səfirliyin avtomobilinə terror hücumu barədə xəbər yalandır — Ukraynadakı səfirliyimizdən açıqlama
Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşlarına və səfirliyin avtomobillərinə qarşı heç bir terror hadisəsi baş verməyib.

teref.az-nunxəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən Kiyevdə Azərbaycan səfirliyinin avtomobilinə partlayıcı qurğunun atılması barədə məlumatları şərh edərkən bildiriblər.

Səfirlikdən Ukraynada bu gün terror aktının olmasını təsdiqləyiblər.

“Lakin səfirliyin bütün işçiləri işdədir və avtomobilləri ilə bağlı heç bir problem olmayıb. Ukrayna ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bizim səfirliyə qarşı terror hadisəsinin olması ağlabatan deyil”, - deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, “korrspondent.net” saytının yaydığı məlumata görə, bu gün Kiyevdə Qruşev küçəsində partlayış baş verib. Kiyev polisindən bildirilib ki, ərazidə naməlum partlayıcı qurğunun işə salınması nəticəsində bir qadın və bir kişi xəsarət alıb. Hadisənin təfərrüatları araşdırılır.

Sosial şəbəkələrdə isə Azərbaycanın Ukraynadakı səfirliyinin avtomobilinə partlayıcı qurğunun atıldığı, lakin onun avtomobilə dəymədiyi barədə məlumatlar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru