ABŞ-ın müdafiə naziri Kiyevə silahlar aparıb

27-08-2017, 09:17           
ABŞ-ın müdafiə naziri Kiyevə silahlar aparıb
ABŞ-ın müdafiə naziri Ceyms Mettis Kiyevə səfəri zamanı Uklraynanın Silahlı Qüvvələri üçün müdafiə avadanlıqları aparıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.
"O fikirlə raazılyam ki, müdafiə nazirləri əliboş gəlmirlər. Ceyms Mettis Ukrayna ordusu üçün xüsusi müdafiə təyinatlı avadanlıqlar gətirib", - deyə Volker bildirib.
O, həmçinin hesab edir ki, Rusiya və Belarusun birgə "Qərb-2017" təlimləri Qərb ölkələrini hadisələrin istənilən inkişafına hazır olmağa məcbur edir.
"Düşünürəm ki, Rusiyanın bu hərbi təlimləri bizi hansısa hərbi təcavüzə hazır olmağa məcbur edir. Qərb cəmiyyəti hadisələrin istənilən gedişatına hazır olmalıdır. Biz şəxsi təhlükəsizlik sistemini inkişaf etdirməli və onun üzərində birlikdə işləməliyik", - deyə Volker bildirib.
Daha əvvəl Mettis bildirib ki, Vaşinqton Kiyevə silahların verilməsi məsələsini nəzərdən keçirir. O, qeyd edib ki, ABŞ tövsiyələrini ölkə rəhbərliyinə səfərin nəticəsinə görə təqdim edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.