"Kimliyindən asılı olmayaraq Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı cinayət işi başlanacaq" - Zakir Qaralov

30-09-2017, 13:51           
"Kimliyindən asılı olmayaraq Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı cinayət işi başlanacaq" - Zakir Qaralov
Təəssüflər olsun ki, bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən işğal olunmuş Dağlıq Qarabağa səfər edib".
"Report" xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı Baş Prokurorluq məlumat alandan dərhal sonra həmin şəxslər barəsində cinayət işi başlanılıb və onlar barəsində beynəlxalq axtarış elan olunub: "Həmin şəxslərin səfəri Türkiyə dövlətinin mövqeyi deyil. Onlar ermənipərəst mövqeyi ilə tanınan şəxslərdi və PKK-nı dəstəkləyirlər, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edirlər. Kimliyindən asılı olmayaraq Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı cinayət işi başlanacaq və onları bütün ölkələrdə izləyəcəyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru