Ermənilərdən “kürd referendumu”na dəstək

30-09-2017, 15:00           
Ermənilərdən “kürd referendumu”na dəstək
İraq Kürd Muxtariyyətində keçirilən referendumda 650 nəfər erməninin səsvermə hüququ olub.

Axar.az xəbər verir ki, bu barədə İraq Kürd Muxtariyyətinin erməni əsilli deputatı Aram Şahin Bakoyan danışıb. Onun sözlərinə görə, onlar “kürd xalqının müstəqilliyinin” lehinə səs verib.

“2015-ci ildən sonra kürd və erməni xalqları arasında münasibətlər yaxşı vəziyyətdədir. Buna görə kürd hakimiyyətini qane edən bir sıra şeylər var ki, bizi də qane edir. Biz müstəqilliyi dəstəkləyirik. Bunlar müsbət dəyişikliklərə səbəb olacaq”, - Bakoyan deyib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətində müstəqillik referedumunun keçirilməsi rəsmi Bağdad tərəfindən Konstitusiyaya zidd addım kimi qiymətləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru