Daha bir ölkə Şimali Koreya səfirini ölkədən qovur

1-10-2017, 19:00           
Daha bir ölkə Şimali Koreya səfirini ölkədən qovur
Şimali Koreyanın İtaliyadakı səfiri ölkəni tərk etməlidir.

Axar.az xəbər verir ki, bunu “La Repablika” qəzetinə müsahibəsində İtaliya Xarici İşlər naziri Ancelino Alfano söyləyib. Onun sözlərinə görə, Romanın bu istiqamətdə qəbul etdiyi qərar tam ciddidir.

Qeyd edək ki, İtaliyadan öncə İspaniya Şimali Koreya səfirini sentyabrın ortalarında arzuolunmaz şəxs elan etmişdi. Şimali Koreya diplomatlarının ölkələrindən çıxmasını istəyən dövlətlər sırasında Meksika, Peru və Küveyt də yer almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru