"Milyonlar qanun və demokratiya əleyhinə səs verdi" 2-10-2017, 09:16 Kataloniyanın müstəqilliyi ilə bağlı keçirilən referendum iflasa uğradı.Axar.az xəbər verir ki, bunu İspaniyanın Baş naziri Mariano Raxoy deyib.Onun sözlərinə görə, referendum Kataloniya hökumətinin qanun və demokratiyaya qarşı strategiyası idi:“Bu yol çıxılmaz bir yerə aparır”, - Raxoy bildirib."Milyonlarla kataloniyalı müstəqillik referendumunda iştirak edib". Bu sözləri isə Kataloniya vilayətinin rəsmi nümayəndəsi Jordi Turul deyib.“312 seçki məntəqəsi bağlanmaq məcburiyyətində qaldı, səsvermə normal keçirilmədi, amma milyonlarla katalon səs verdi”, - Turul bildirib. Facebook-da paylaş