Bu, AŞ PA-da "Yaqland yeniliyi" kimi tarixə düşə bilər - deputat

3-10-2017, 13:06           
Bu, AŞ PA-da "Yaqland yeniliyi" kimi tarixə düşə bilər - deputat
Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın Azərbaycana qeyri-obyektiv münasibəti bu vəzifədə olmamışdan da müşahidə edilib.

Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxs Azərbaycana qarşı bu münasibətini indi də davam etdirir:

"Baxmayaraq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) əsas məqsədi qarşılıqlı əməkdaşlıqdır və burada öhdəliklər var, qurum heç bir əməkdaşlığı təmin etmir. Əksinə, Azərbaycana qarşı təzyiqlər etmək, ölkəmizdə gedən demokratik proseslərə kölgə salmaq, bu, AŞ PA-nın baş katibinə yaraşmayan, vəzifəsinə və statusuna uyğun olmayan bir mövqedir. Xüsusilə, onun azad söz deyən jurnalistləri hədələməsi və onlara iftira yağdırması ümumiyyətlə, qəbuledilməzdir, AŞ PA tarixində bu bir "Yaqland yeniliyi" kimi tarixə düşə bilər. Hesab edirəm ki, bu, dözülməz bir vəziyyətdir və qurumun ölkəmizə münasibəti dəyişməlidir. Dəyişməsə, Azərbaycan da şübhəsiz ki, öz kəskin mövqeyini bildirməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru