“Ölkəmizdə siyasi sistem şimpanze səviyyəsindədir” - Erməni deputat

4-10-2017, 09:13           

"Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir, hakimiyyət isə onu makaka səviyyəsinədək endirmək istəyir".

teref.az Trend-ə istinadən xəbər verir ki, bunu müxalif deputat Nikol Paşinyan deyib.

"Yerevan şəhərində yerli özünüidarəetmə haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili bildirib ki, təklif olunan dəyişiklik Ağsaqqallar Şurasını şəhər referendumları keçirmək təşəbbüsündən məhrum edir: "Bu, şəhər hakimiyyətinin demokratiyasına təhdiddir. Bu kiçik məsələ kimi görünür, amma nə olsun? İnsanla oranqutan arasında da genetik fərq çox kiçikdir - 2%. Amma nəticə necədir? Ona görə də hakimiyyətdən xahiş edirəm: onsuz da siyasi sistemimiz şimpanze səviyyəsindədir, onu makaka səviyyəsinədək endirməyin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru