Bu FOTO dünyanı kövrəltdi - FOTO

6-10-2017, 11:20           

Kiprin Yunanıstan hissəsindən Avropaya qaçarkən tutulan suriyalı qaçqınların görüntüləri dünya mediasında diqqət mərkəzində olub.

305 qaçqın xilas ediləndən sonra ailələri ilə görüşmələri üçün düşərgəyə gətiriliblər.

“Kinotrimithia” adlanan qaçqın düşərgəsində ailələri ilə görüşən qaçqınlardan Ammar Hammaşo adlı kişinin oğlu ilə görüşü hər kəsi kövrəldib.

Suriyada inşaatların birində fəhlə kimi çalışdığını deyən kişi düşərgədə oğlunu dəmir barmaqların arxasından öpməyə çalışarkən fotoqraf tərəfindən lentə alınıb. Balaca oğlanın atasına toxunmaq üçün kiçik əlini barmaqlıqların arasına salması görənləri daha da duyğulandırıb.(azxeber.com)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru